AZ

Rəcəb Fərəczadə: “Futzala baxmıram” - MÜSAHİBƏ

Minifutbol üzrə “Aznur” klubunun baş məşqçisi Rəcəb Fərəczadənin İdman.biz saytına müsahibəsi

- Azərbaycan çempionatında müntəzəm yarışı 8-ci pillədə bitirsəz də, pley-offların yekununa əsasən finala adladız. Buna necə nail olduz?

- Çempionata yaxşı start versək də, sonradan komandada eniş yaşandı. O səbəbdən yerimizi qoruya bilmədik. Hər şey yaxşı getdiyi vaxtda ardıcıl 2 məğlubiyyət bizi 3-cü yerdən 8-ci pilləyə endirdi və müntəzəm yarışı bu pillədə bitirdik. Transfer pəncərəsində heyəti gücləndirdikdən sonra daha yaxşı çıxış etdik.

- Xüsusi ilə “Zirə” üzərində inamlı qələbələrlə diqqət çəkdiz. Bu nəticəni sürpriz adlandırmaq olar?

- Pley-off oyunları tam fərqlidir. Çempionat oyunlarından seçilir. Komandamızın yaxşı olduğunun fərqindəydim. Sadəcə onları toparlamaq, “rəndələmək” lazım idi. Bilirdim ki, “Zirə”yə məğlub olsaq belə mübarizə aparacağıq. Rahatlıqla təslim olmayacağıq. O dönəmdə müdafiə futboluna çox üstünlük verdik. Bu da özünü göstərdi. “Zirə”nin qol imkanlarından istifadə edə bilməməsi də əlavə motivasiya oldu.

- Finalda son çempion “Birbaşa Bakı”ya qarşı mübarizə aparacaqsız. Müntəzəm yarışın qalibini məğlub etdiyiniz kimi onları da üstələmək mümkün olacaq?

- “Birbaşa Bakı” ilə matça yaxşı hazırlaşacağıq. 2-3 oyunçumuz millinin heyətində təlim-məşq toplanışına gedəcək. “Zirə” ilə oyunda olduğu kimi rahat təslim olmamağa çalışacağıq. Finala kimi uzun yol qət etmişiksə, bunun ardını gətirmək istəyirik. Nəticədən asılı olmayaraq çox maraqlı görüş keçəcək. Yaxşı ki, finalda “Birbaşa Bakı” ilə qarşılaşacağıq. Onlar çox maraqlı komandadırlar. İstər taktiki, istərsə də texniki olaraq çox yaxşı klubdur. Orda 4-5 futbolçu var ki, oyunun taleyini həll edə bilər.

- Uzun müddət futzal millimizin şərəfini qorumusuz. Niyə orada qalıb məşqçi kimi işləmədiz?

- 17 il millimizin şərəfini qorumuşam. Bu da olduqca uzun bir vaxtdır. İşlərimlə əlaqədar futzalda çalışmaq üçün vaxtım olmadığını deyə bilərəm. “Aznur”da baş məşqçiliyim işlərimə maneə törətmir. Amma futzalda işləmək çox maraqlı olardı.

- Futzalçı olmağınız minifutbolda işinizi nə qədər asanlaşdırdı?

- Futzalla minifutbol tamam başqa idman növləridir. İstər meydan, istər top ölçüsü, istərsə də örtük fərqlidir. Futzalda taktika qurmaq, standart vəziyyətlər çox rahatdır. Minifutbolda bu bir az çətindir. Futzal mənə çox doğmadır. Çox istəyərdim ki, orda çoxlu komanda olsun və “Araz Naxçıvan”a müqavimət göstərə bilsin, oyunlar maraqlı keçsin, azarkeşlər gəlsin.

- Hazırda minifutbol ilə futzalı müqayisə etsək daha yaxşı hansı liqanın olduğunu deyə bilərik?

- Açığını desəm, futzala müəyyən müddətdir baxmıram. Ancaq millinin oyunlarını izləyirəm. Arada yığmanın baş məşqçisi Vitali Borisovla danışıram, ondan maraqlanıram. Çox sevinirəm ki, o, yerli və cavan oyunçulara üstünlük verir. Bu çox xoş haldır. Borisova vaxt versələr, bəhrəsini görəcəklər.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23545
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13059
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9977
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5670
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5504
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Helikopter qəzası ilə bağlı yeni xəbər
4633
Rəisi öldü, Pakistanda matəm elan edildi
4069
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3708
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3638
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3428
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3335
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3032
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2761
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2732
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2640
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2503