AZ

ABŞ-nin UKRAYNAYA HƏRBİ YARDIMI - 61 milyardlıq paketdə hansı silahlar ola bilər?

Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollar məbləğində hərbi yardımın göstərilməsinə dair qanun layihəsini qəbul edib. Ukraynanın 6 aydır gözlədiyi yardım paketi Senatdan keçə və bir neçə gün ərzində rəsmiləşə bilər.“AzPolitika” xəbər verir ki, “BBC” bu barədə yayımladığı məqalədə yardım paketinə daxil ola biləcək silahlar və onların Rusiyanın irəliləyişini dayandırmaq potensialını araşdırıb.Həmin məqalənin bir hissəsinin tərcüməsini oxuculara təqdim edirik: “Hazırda hava hücumundan müdafiə sistemləri, orta və uzun mənzilli raketlər, eləcə də artilleriya mərmiləir Ukrayna ordusunun ən çox ehtiyac duyduğu silahlardır.


Hava hücumundan müdafiə sistemləriUkrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hava hücumundan müdafiə sistemləri mülki əhalinin və elektrik stansiyaları kimi mühüm infrastrukturun qorunması üçün olduqca vacibdir. Bunun üçün də “Stinger” kimi çiyindən atılan qısa mənzilli raketlər də daxil, qabaqcıl və son dərəcə bahalı “Patriot”lara çox böyük ehtiyac var. Zelenski bu yaxınlarda bildirib ki, Ukraynanın daha yeddi “Patriot” və bu tip hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Orta və uzun mənzilli raketlərHava üstünlüyü ilə yanaşı, yerdəki müharibənin gedişi də həyati əhəmiyyət kəsb edir. Ukrayna artilleriya çatışmazlığı səbəbindən oktyabr ayından bu yana təxminən 583 kvadrat kilometr ərazi itirib. Bu baxımdan HIMARS sistemləri Ukraynaya böyük ölçüdə avantaj qazandırıb. Bu hərbi yardım paketində Ukraynaya daha çox HIMARS sistemləri, eləcə də tanklar və “Bradley” tipli minaya davamlı piyada maşınlarının veriləcəyini gözləyə bilərik. 2023-ün sonlarına doğru Ukraynaya “ATACMS” raket sistemi təhvil verilmişdi. Yeni versiyada bu raket sisteminin uçuş məsafəsi iki dəfə artırılaraq 300 kilometrə çatdırılıb.Artilleriya mərmiləriUkraynaya verilən “M777” haubitsaların müharibədəki əvəzolunmaz əhəmiyyətini unutmaq olmaz. ABŞ işğalın başladığı 2022-ci ildən bu yana Ukraynaya 2 milyon haubitsa mərmisi göndərib. Bu son paketdə də çox güman ki, 155 mm-lik mərmilər göndəriləcək. F-16 döyüş təyyarələriBu yardım paketindən əvvəl müqavilələr bağlansa da, bunu qeyd etməliyik. Çünki F-16-ların Ukraynaya təhvil verilməsinə çox az qalıb. Rumıniyada ukraynalı pilotlara verilən “F-16” təlimləri davam edir. Bu təyyarələr Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək. Danimarka, Hollandiya və ABŞ isə bir neçə ay ərzində "Vipers" adlanan onlarla təyyarənin ilk partiyasını Ukraynaya çatdıra bilər. Bu, yerdə Ukraynaya strateji üstünlük qazandırmaya bilər, lakin Kiyevin müdafiə qabiliyyətinə mütləq böyük güc qatacaq”.“AzPolitika.info”

Seçilən
135
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20977
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19302
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18245
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17635
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16722
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16516
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16090
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15463
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11936
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11259
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8912
"Zaur, yenə çaşdın..." - VİDEO
8853
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8200
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7988
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7487
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7138
Minimum əmək haqqı nə qədər arta bilər?
7072
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6320
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5742