AZ

Deputat: Azərbaycanda bir “Tiktoker” var - Əli Kərimli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan addımların beynəlxalq hüququn əsaslarına uyğun şəkildə atır.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, atdığı addımlar Azərbaycanın haqq işidir:

“Əfsuslar olsun ki, dünya ölkələri özlərini demokratik adlandırsa da, Azərbaycanın əleyhinə öz məkrli niyyətlərini ortaya qoyurlar. Xocalı soyqırımını törədənlərə, Gəncəni, Tərtəri, Bərdəni bombalayanlara, dinc sakinlərə qarşı atəş açanlara qarşı hələ sanksiya tətbiq edilməyib. Balayan azərbaycanlı uşaqları necə yandırdığını öz kitabında yazıb, amma onlara qarşı addım atılmır.

Azərbaycanda bir “Tiktoker” var - Əli Kərimli. Kompüteri qoyur qabağına, danışır. Onu dəvət edirik ki, istənilən internet saytında danışaq, ona cavab verək. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara düzgün olmayan məlumat vermək yerində deyil, nə vaxt istəyir, biz hazırıq”.


Telegram kanalımız
Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla