AZ

Naxçıvanda ağır qəza -

Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində baş verib. "Chevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub. Qəza zamanı avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm (soyadı dəqiqləşməyib) aldıqları xəsarətlərdən ölüblər. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu ağır vəziyyətdə Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
11
metbuat.az

10Mənbələr