AZ

Hikmət Mirzəyevə və 40 məmura sanksiya təklif edilir

Hikmət Mirzəyevə və 40 məmura sanksiya təklif edilirAzərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.Adalet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib.O bildirib ki, layihənin qəbul edilib-edilməməsi ayrı mövzudur:“Ancaq təqdim edilən siyahıda əsasən hərbçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını da yazıblar siyahının başına. İndi bu addım Azərbaycan xalqının ABŞ-a yanaşmasında növbəti ciddi neqativ deməkdir! Üstəlik, general Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən şeydir. Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, digər tərəfdən Azərbaycan Ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və Ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi nə deməkdir axı?!Siyahıda adı olan bir digər mühüm şəxs DTX rəhbəri general Əli Nağıyevdir. General Nağıyev isə Azərbaycanda Rusiya və İran agentura şəbəkələrinə qarşı uğurlu əməliyyatları ilə bilinən milli təhlükəsizlik qurumunun rəhbəridir. Onu bu siyahıya salmaq həm də ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik əməkdaşlığı imkanlarına ciddi zərbə vurmaq deməkdir!Qısaca, ABŞ Azərbaycan siyasətində öz ayağına güllə sıxmağa davam edir”.Qeyd edək ki, bu layihə erməni lobbisinin Azərbaycana qarşı 24 aprel öncəsi uğursuz cəhdidir və layihənin Konqresdə dəstəklənmə ehtimalı çox azdır.

Seçilən
150
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25942
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16797
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16545
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13931
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
13468
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11346
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10863
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10583
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9989
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9312
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7141
Səidə Sultan klipi üçün lüt soyundu
7060
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6122
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5899
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5540
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5137
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4839
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4530
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4162