AZ

Qorxmaz Əlili: “Qızlarıma cehiz almaq üçün məcburiyyətdən bağımı satdım” - VİDEO

"Bağım var idi... Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, indi iki otaqlı evdə yaşayırıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlili qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, bir sıra teatrlarda maddi vəziyyəti aşağı olan gənc aktyorların evə ehtiyacı var: 

“Jurnalistlərə evlər tikildi. Mən paxıl deyiləm. Heç olmasa biz incəsənət adamları üçün də evlər tikərdilər də... Bir çox teatrlarımızda gənc, istedadlı lakin maddi vəziyyəti aşağı olan aktyorlar var. O evləri tikərdilər həmin gənclər də orada yaşayırdılar. O aktyorların evlərə çox ehtiyacı var. Musiqiçilərimiz var ki, onlar çox böyük istedada malikdirlər. Amma məcburiyyətdən onlar biznes sahəsinə yönəliblər, sənət qalıb bir kənarda”. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
50
Mənbələr
Şərh ()
Bağla