Everestə qalxarkən itən alpinistin məktubu 100 il sonra tapılıb
İngilis alpinist Corc Mallorinin 1924-cü ildə Everest dağına qalxmaq cəhdi zamanı həyat yoldaşına yazdığı məktublar 100 il sonra ictimaiyyətlə paylaşılıb.
Reyting.az xatırladır ki, alpinist Corc Mallori və dostu Sendi İrvine 1924-cü ildə Everestə üçüncü dəfə qalxarkən yoxa çıxıblar.
Mallorinin cəsədi 1999-cu ildə tapılıb. Mallorinin həyat yoldaşı Rut Malloriyə Erevestə qalxarkən yazdığı məktublar 100 il sonra Cambridge Magdalene College tərəfindən ictimaiyyətləşdirilib.
Məlumata görə, Mallorinin son üç məktubu 1999-cu ildə onun cansız bədəni tapıldıqdan sonra pencəyinin cibində aşkar edilib.
Mallorinin məktubları bir çox mövzuları, o cümlədən Birinci Dünya Müharibəsi zamanı təəssüratlarını və 1923-cü ildə ABŞ-a səfərini əhatə edib. Məktublarda onun 1921-ci ildə Evereste ilk ekspedisiyasının və dağı araşdırmaq üçün ikinci missiyasının hesabları da var.
Məktubların birində Mallori həyat yoldaşı Ruta yazıb ki, onların zirvəyə çatmaq üçün 50 faiz şansları var.