AZ

Azərbaycan və AYİB COP29 və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərini müzakirə etdi (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma vəİnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru AlkisVryenios Drakinosla görüşüb.

Trend xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsindəkihesabında paylaşım edib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrəregional direktoru Alkis Vryenios Drakinos ilə Azərbaycan – AYİBəməkdaşlığının gündəmində olan məsələləri nəzərdən keçirdik", nazirbildirib.

O vurğulayıb ki, görüşdə AYİB-in 2024-2029-cu illər üzrəAzərbaycana dair Ölkə Strategiyasının ilkin layihəsi; yaşıliqtisadiyyata intensiv dəstək, COP29 üçün çağırışlar və iqlimdəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərinin tətbiqi;birgə həyata keçirilən layihələrin perspektivləri gündəmdəolub.

Azərbaycan
Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
3
az.trend.az

2Mənbələr