AZ

Dərnəgül Boru Zavodu məhkəmə qarşısında

Dərnəgül Boru Zavodu yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham olunur. 

Valyuta.az xəbər verir ki, zavod barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. 

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. 

347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Seçilən
137
2
Mənbələr
Şərh ()
Bağla