AZ

Ukrayna deputatları Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin rəddini tələb etdilər

Putinlə dostluğu ilə öyünən adamın - Ruben Vardanyanın Dalay Lama, Tereza Ana, Henri Kissincer kimi mükafatçılar və tarixi şəxsiyyətlərin yanında yeri yoxdur.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatları bəyan edib. Onlar Rusiyayönlü fikirləri ilə tanınan siyasətçi və iş adamının namizədliyinin rədd edilməsini tələb edirlər.

İmzalayanlar korrupsiya qalmaqallarında iştirak edən, Rusiya təcavüzünün sponsoru və Ukraynanın düşməni olan şəxsin mükafata təqdim olunmasını qəbuledilməz və absurd hesab edirlər. "Kanal 5" bildirib ki, xalq deputatlarının Ruben Vardanyanı bu cür xarakterizə etməyə əsasları var. 2019-cu ildə Avropa Parlamentinin 22 üzvü onun “Kremllə əməkdaş” kimi sanksiyalar siyahısına salınması təşəbbüsü ilə çıxış edib.

2022-ci ildə ABŞ Konqresinin 46 üzvü Kremlin əsas təbliğatçısı Marqarita Simonyanla birlikdə Vardanyanı da sanksiyalar layihəsinə daxil edib.

Daha sonra Ukrayna Prezidenti Vladimir Zelenskinin fərmanı ilə Vardanyan Ukraynanın sanksiya siyahılarına daxil edilib.

2023-cü ildə Ukrayna Təhlükəsizlik Xidməti Ruben Vardanyanı “Sülhməramlı” məlumat bazasına əlavə edib və qeyd edib ki, o, “dərhal Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”.

Qeyd edilib ki, hələlik Nobel Komitəsi Ukrayna parlamentarilərinin məktubuna cavab verməyib.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
6
Mənbələr
Şərh ()
Bağla