AZ

Paşinyan Başkənd haqqında müəmmalı danışdı...

Abutalıb Səmədov: “Görünür, belə addımlar atılmasa, proses donacaq”Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 20-də Cəlaloğluda (Stepanavan) jurnalistlərlə söhbətində Ermənistan və Azərbaycan arasında imzalanmış protokola istinad edərək bildirib ki, Ermənistanda anklavlar/eksklavlar mövzusuna çox allergik münasibət var, amma xatırlatmaq gərəkdir ki, İrəvan anklavlar/eksklavlar mövzusundan imtina edə bilməz:“29 min 743 kvadrat kilometr əraziyə malik Ermənistan ərazisinə Başkənd (Artsvaşen) də daxildir. Biz razılaşdıq ki, bu məsələni həll edəcəyik.Biz de-yure əsaslandıracağıq ki, Başkənd anklavı Ermənistana məxsusdur. Biz bunu əsaslandırdığımız zaman Başkənd sərhədinin demarkasiyası baş verməlidir və biz irəliləyəcəyik və baxacağıq ki, hansı həll yolları var”.Göründüyü kimi, Paşinyan Başkəndlə bağlı bir qədər müəmmalı danışır.Deyir ki, baxacağıq hansı həll yolları var. Bunun başqa həll yolu ola bilərmi? Azərbaycan hansı əsaslarla Başkəndi öz əlində saxlaya bilər?Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin dediyi Başkənd Azərbaycanın daxilində yerləşir: “İndiki şəraitdə ermənilərin ora qayıtması çətin məsələdir. Çünki qorxurlar. Onlar mümkün qədər çalışırlar ki, bizdən aralıda dursunlar. Bu kəndin ərazisi 40 kvadrat kilometrdir. Qazaxın Ermənistan ərazisində olan 3 kəndinin də Azərbaycanla birbaşa əlaqəsi yoxdur. Onların 3-nün birlikdə ərazisi 40,8 kvadrat kilometrdir. Yəni Başkənddən cüzi artıqdır. Ötən il Paşinyan bu barədə danışıb. Təklifi bu olub ki, Başkəndlə Qazaxın 3 kəndi dəyişdirilsin. Yaxud 3 kənd və Kərki Azərbaycana qaytarılır, Başkənd sübut olsa ki, ermənilərə aiddir, onu Ermənistana versinlər. Belə bir vəziyyətdə Azərbaycanı hansı variant qane edər? Aydındır ki, ermənilər Başkandə qayıda bilməyəcək. Belə olanda Paşinyan çox pis vəziyyətdə qalır. Həm Kərki, həm də Qazağın 3 kəndi qaytarılacağı təqdirdə, Ermənistana ciddi problemlər yaranacaq. Gürcüstana gedən yolla bağlı bəzi çətinliklər ortaya çıxır. Digər tərəfdən isə İrana gedən avtomobil yolu ilə bağlı problem yaranır. Ermənilərin zamanında Azərbaycana qarşı etdiyi hüqüqazidd hərəkətlər indi özləri üçün problemə çevrilir. Çünki müəyyən yollar çəkilməlidir, marşrutlar dəyişməlidir. Bütün bunlara vəsait lazımdır, o da Ermənistanda yoxdur. Bu vəziyyətdə Paşinyan məsələni tez həll etməyə çalışır. Ermənistan delimitasiya və demarkasiyanın eyni vaxtda həyata keçirilməsini təklif edir. Adətən bunıar ayrılıqda həyata keçirilir. İstəyirlər Başkəndlə bağlı məsələni həll etsinlər ki, həmin istiqamətdə sərhədi dəqiqləşdirə bilsinlər. Paşinyan bir tərəfdən Rusiyadan qorxur, digər tərəfdən isə həmin kəndlərin əhalisinin xofu. Artıq etirazlar günü-gündən şiddətdlənir. Paşinyanın zorakılığa getməkdən başqa yolu qalmır. Görünür, belə addımlar atılmasa, proses donacaq. Özləri yaratdıqları problemi özləri də həll etməlidir”.Məhəmmədəli QƏRİBLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
10
baki-xeber.com

10Mənbələr