AZ

Məhkəmə Şahin Abbasov barəsində həbs qərarı verdi - VİDEO

Moskvanın Zamoskvoretski Məhkəməsi Şahin Abbasovu qətl ittihamı ilə həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Məlumata görə, azərbaycanlı Moskvada dayanacaqla bağlı mübahisə etdiyi şəxsi öldürüb. 

"Abbasov Şahin barəsində iyunun 18-dək 1 ay 29 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilsin", - deyə hakim elan edib.

İclasda Abbasov qətlin qəsdən baş verdiyini bildirib. Vəkillər Abbasovun ev dustaqlığına buraxılmasını istəyiblər. İclasda müstəntiq bildirib ki, A.Abbasov qaçmaq istəyərkən istintaqı aparılacaq başqa cinayətlər də törədib.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
unikal.az

10Mənbələr