AZ

Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub

 
"Əsas məsələ odur ki, İran İsrailə hücum etməklə öz gücünü nümayiş etdirib..."
 
İranın Ali Dini lideri Əli Xamenei ölkənin Silahlı Qüvvələrinə aprelin 13-də İsrailə qarşı hərbi əməliyyata görə minnətdarlıq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə İran Dövlət İnformasiya Agentliyinə istinadən "The Guardian" qəzeti məlumat verib.
 
"Nə qədər raketin buraxılması və onların neçəsinin hədəfi məhv etməsi əsas məsələ deyil. Ən vacib olanı odur ki, İran bu əməliyyat zamanı öz gücünü nümayiş etdirib", - o, deyib.
 
Xamenei həmçinin İran İnqilabı Keşikçiləri Korpusu (İİKK) qarşısında iki vəzifə qoyub.
 
Bunlar "durmadan hərbi innovasiyaları tətbiq etmək" və "düşmənin taktikasını öyrənmək" vəzifələridir.
 
Xatırladaq ki, aprelin 10-da, İranın güclü hücumu ərəfəsində Xamenei dövlət televiziyasının efirində İsraili Dəməşqdə İran konsulluğunu atəşə tutmaqda ittiham edib və qisasla təhdid edib.
 
"Allahsız rejim səhvə yol verib, cəzalandırılmalıdır və cəzalandırılacaq", - o, deyib.
 
Aprelin 19-da, özünün 85 illiyində Xamenei son dərəcə xoşagəlməz "hədiyyə" alıb.
 
Gecə İranın bir neçə nüvə obyektinin yerləşdiyi İsfahan şəhərinin şimal-qərbində İran Hərbi-Hava Qüvvələrinin 8-ci "Şekhari" bazasına hücum edilib.
 
Hadisənin vacibliyini və İsrailin  gözlənilən genişmiqyaslı hücumu təhlükəsi səbəbindən qoca bunkerdə gizlənməli olub, hərçənd, ola bilsin ki, bütün zamanını orada keçirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
50
moderator.az

10Mənbələr