AZ

Kreml Rusiya sərhədçilərinin Tavuşdan çıxarılmasına dair İrəvandan siqnal almayıb - Peskov

Bakı. Trend:

Kreml Rusiya sərhədçilərinin Tavuşdan çıxarılmasına dairİrəvandan siqnal almayıb.

Trend RusiyaKİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentininmətbuat katibi Dmitri Peskov deyib.

"Moskva Ermənistan-Azərbaycan sərhədində delimitasiya iləəlaqədar olaraq [Tavuş vilayətindən] Rusiya sərhədçilərininçıxarılmasına dair İrəvandan siqnal almayıb", - Kreml nümayəndəsivurğulayıb.

Xatırladaq ki, bu yaxında Ermənistanın baş naziri Nikol Paşinyanrusiyalı sərhədçilərin Tavuşdakı postları tərk edəcəyinibildirib.

"Vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bu, bütün istiqamətlərdəəksini tapmalıdır. Bu, o deməkdir ki, bizdə cəbhə xətti deyil,sərhəd var. Sərhəd isə sülh rəmzidir. Bu isə o deməkdir ki,Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə qarşılıqlıfəaliyyət göstərərək, sərhədin mühafizəsini təmin edə biləcəklər",- o deyib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasındasərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasıvə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındadövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşzamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndininAzərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
50
Mənbələr
Şərh ()
Bağla