AZ

Sabah 28 dərəcə isti olacaq

Bakı. Trend:

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozuaçıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli azyağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 14-18°, gündüz 23-28° olacaq. Atmosfertəzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.Nisbi rütubət 40-60 % olacaq.

Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə fasilələrləyağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterliolacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdəqar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturugecə 13-18°, gündüz 25-30°, dağlarda gecə 8-13°, gündüz 13-18°olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
49
az.trend.az

10Mənbələr