İlham Əliyev Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə getdi
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. Yeniavaz.com xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.