AZ

Aytən Səfərovanı bu jurnalist əvəz etdi

Tanınmış aparıcı Aytən Səfərovanı (Piriyeva) Xəzər TV-nin "Xəbər ertəsi" verilişində jurnalist Ruzana Kərimli əvəz edib.

Teleqraf.com xəbər verir ki, Ruzana Kərimli bu gündən efirə çıxıb.

Aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub. Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə müalicəsi davam etdirilir.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
29
teleqraf.com

10Mənbələr