AZ

Niyə hər gün avokado yemək lazımdır? - Mütəxəssislər AÇIQLADI

Alimlər hər gün avokado yeməyin orqanizmə təsirlərini açıqlayıb.

OXU24.COM  bildirir ki, araşdırmalara görə, avokado yemək həzmi yaxşılaşdırır.

Alimlər avokadonun abdominal piylənmədən əziyyət çəkən insanlarda sağlamlığa təsirlərini araşdıraraq, onları iki qrupa ayırıblar.

Birinci qrup normal pəhrizini qoruyaraq hər gün bütöv bir avokado istehlak edib, ikinci qrup isə ayda cəmi iki avokado yeyib.

Hər gün avokado yeyən iştirakçılar pəhrizlərinin keyfiyyətində əhəmiyyətli irəliləyişlər göstəriblər. Təcrübədən altı ay sonra onlar özləri daha çox meyvə və tərəvəzə üstünlük verməyə başlayıblar, şəkər və taxıl istehlakını azaldıblar. Qeyd etmək lazımdır ki, buna baxmayaraq, iştirakçıların çəkisi dəyişməyib, qarın piylərinin miqdarı isə dəyişməz qalıb.

Yemək davranışındakı bu müsbət dəyişikliklərin əsas səbəblərindən biri avokadonun tərkibindəki zəngin lif, sağlam yağlar və antioksidanlar ola bilər. Bu elementlər bədənin ümumi sağlamlığını yaxşılaşdırmağa, enerjini artırmağa və ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edir.

Seçilən
150
4
Mənbələr
Şərh ()
Bağla