AZ

Rusiya klubundan “Qalatasay”ın baş məşqçisinə iki illik TƏKLİF

Moskva "Spartak"ı Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Okan Buruka iki illik müqavilə təklif edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mənbənin sözlərinə görə, "qırmızı-ağlar" mütəxəssisə bonuslar daxil olmaqla iki mövsüm üçün 7,5 milyon avro ödəməyə hazırdır.

İddiaya görə, Burukun özü də moskvalıların təklifinə müsbət yanaşıb.

Aprelin 14-də Qiyermo Abaskal "Spartak"ın baş məşqçisi vəzifəsindən azad edilib. Komandanın məşqçisinin v əzifələrini Vladimir Slişkoviç yerinə yetirir. 

Buruk 2022-ci ilin yayından "Qalatasaray"da çalışır. Onun klubla hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir.

İstanbul komandası Türkiyə çempionatının başa çatmasına altı tur qalmış turnir cədvəlində birinci yeri tutur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
3
milli.az

10Mənbələr