AZ

Azərsu: "Bakının mərkəzində kanalizasiya borularındakı tıxanma aradan qaldırılıb"

Bakının mərkəzində kanalizasiya borularında baş verən tıxanma aradan qaldırılıb. Bu barədə "Bizimyol.info"ya “Azərsu” ASC-dən bildirilib. Məlumata görə, “Azərsu” əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, Sukanal İdarəsinin qəza briqadaları oraya cəlb olunub və problem aradan qaldırılıb. Qeyd edək ki, aprelin 21-də günorta saatlarında Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsi, 1 ünvanında kanalizasiya borularında tıxanma baş verib, tıxanma nəticəsində çirkab suları küçəyə axıb.

Seçilən
113
19
Mənbələr
Şərh ()
Bağla