Şəkidə 64 yaşlı qadın itkin düşüb."Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılova Çimnaz Vahab qızı aprelin 19-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 156 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qarışıqdır.