AZ

Batan atadan sonra qızı səma tapıldı - AMMA...

12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, azyaşlının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən üç kilometr uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb. Vurğulanıb ki, meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun altı yaşlı qızı - 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulublar.

Saglamolun.Az





Seçilən
136
49
Mənbələr
Şərh ()
Bağla