AZ

Azərbaycanlı müdafiəçi Altayda necə yadda qaldı? - VİDEO

Türkiyə I Liqasında 31-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının formasını geyindiyi "Manisa" səfərdə "Altay"la üz-üzə gəlib.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sərtan Taşkın da bu görüşün iştirakçısı olub. 27 yaşlı sağ cinah müdafiəçisi matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.

31 turdan sonra 36 xal toplayan "Manisa" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
sportinfo.az

6Mənbələr