AZ

Qafqaz Albaniyası orta əsrlər Azərbaycan dövlətidir

Etnoarxeologiya, yazılı mənbələr və abidələr bu həqiqətin aynasıdır
Aprelin 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq konfrans başa çatıb. 
Konfransın keçirilməsində məqsəd dünya albanşünaslığının görkəmli nü­mayəndələrini bir araya gətirməklə səmərəli elmi müzakirələr aparmaq olub. 
Beynəlxalq elmi məclisin açılışında AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib ki, Qafqaz Albani­yası min ilə yaxın müddətdə mövcud ol­muşdur. Bu dövlət dünya tarixinə verdiyi töhfəsinə görə yeni tarixi model yaratmış­dır. Azərbaycan dünya albanistikasının mərkəzinə çevrilmişdir. Azərbaycanda Qafqaz Albaniyasının tarixinin öyrənilmə­si istiqamətində böyük elmi işlər görülüb. 
Azərbaycan Milli Elmlər Akademiya­sının prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Al­baniyasının, onun dövrümüzə qədər gəlib çıxan irsinin bu gün daha sistemli şəkildə araşdırılmasına ehtiyac var. Onun sözlə­rinə görə, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızdakı arxeoloji, etnoqrafik, memarlıq nümunələrinin ermənilər tərə­findən saxtalaşdırılmasına cəhdlər göstə­rilib. O bildirib ki, bu abidələrin sırasında Qafqaz Albaniyasının xristian irsi xüsusi yer tutur. Sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ic­timaiyyətə çatdırılması vacibdir. 
Azərbaycan Dillər Universitetinin rek­toru, akademik Kamal Abdullayev qeyd edib ki, Qafqaz Albaniyasının tarixi ilə bağlı əsassız iddia irəli sürənlər, yəni, qonşu Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ar­dınca gedirlər. 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsə­nov zəngin alban etnomədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərə­findən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusunun Azərbaycan olduğunu söyləyib.
Konfrans “Qafqaz Albaniyasının tarixi coğrafiyası və arxeologiyası”, “Qafqaz Albaniyasının daxili vəziyyəti. Beynəlxalq əlaqələr və xarici siyasət”, “Qafqaz Al­baniyasında yazı, din və mədəniyyət”, “Qafqaz Albaniyasının əhalisi və varis­ləri” mövzusunda bölmə iclasları ilə da­vam edib. Bölmə iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Alma­niya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin mə­ruzələri dinlənilib.
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla