AZ

Tiktok qadağan edilə bilər

ABŞ Konqresinin Nümayəndələr Palatası Tiktokun ölkədə qadağan edilməsi imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun təklif etdiyi qanun layihəsinə əsasən, Tiktokun sahibi olan Çinin "ByteDance" şirkətinə sosial şəbəkəni satmaq üçün 9 ay vaxt veriləcək. Əgər şirkət Amerika hakimiyyətinin şərtlərinə əməl etməzsə, o zaman Tiktok Amerikada qadağan olunacaq.

Qeyd edək ki, bu qanun layihəsi hələ ABŞ Senatı tərəfindən dəstəklənməlidir, daha sonra isə ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
Mənbələr
Şərh ()
Bağla