AZ

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

Aprelin 20-də “Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib. Tədbir Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mediasiya Şurası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı 9 saylı mediasiya təşkilatının dəstəyi ilə təşkil olunub.
 
Konfransda çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev təmsil etdikləri qurumlar tərəfindən bu sahədə görülən işlər barədə məlumat veriblər.
 
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin xüsusi çəkisinin illər üzrə müsbət dinamikasına nail olunması məqsədilə qeyd olunan Dövlət Proqramının 8.4.6-cı yarımbəndində ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi aidiyyəti qurumlara tapşırılıb.
 
Konfransda, eyni zamanda, psixi sağlamlıq və psixoloji problemlərin həlli üzrə həkim- psixiatr, stresin idarəedilməsi üzrə aparıcı ekspert Həlimə Qəmərlinskaya çıxış edərək qeyd olunan sahədə psixoloqların fəaliyyətinin tənzimlənməsi, nəzarət, qiymətləndirmə, monitorinq və sertifikasiyanın, eyni zamanda, psixoloqların reyestrinin aparılmasının vacibliyini diqqətə çatdırıb. O vurğulayıb ki, bu sahədə tənzimləyici qurumun yaradılmasına ciddi zərurət var.
 
Sonra Türkiyədə geniş tətbiq olunan təhsil mediasiyası sahəsində qardaş ölkənin universitetlərinin təcrübəsi barədə İstanbul Gedik Universitetinin rektoru, professor Ahmet Kesik çıxış edərək məlumat verib.
 
Konfrans müzakirələrlə davam edib, təkliflər irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23237
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12709
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9000
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5446
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3980
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3617
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3539
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3343
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3212
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2973
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2702
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2559
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2477
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2143