AZ

Ərdoğan Misirin XİN başçısı ilə İsrailin Qəzzaya hücumları ilə bağlı prosesləri müzakirə edib - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Misirin xarici işlər naziri Samih Şükrünü qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

Dolmabaxça sarayında baş tutan görüşdə Türkiyə ilə Misir arasında ikitərəfli əlaqələr, İsrailin Qəzzaya hücumları ilə bağlı proseslər, qlobal və regional məsələlər müzakirə edilib.

Ərdoğan İsrailin Fələstin xalqına qarşı hücumlarının davam etdiyi üçün gərginliyin və münaqişələrin bölgəyə sıçrama riskinin olduğunu vurğulayıb.

Dövlət başçısı həmçinin Qəzzada atəşkəsin bərqərar olmasının və sözügedən bölgəyə humanitar yardımların fasiləsiz daşınmasının vacibliyini qeyd edib.


Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
bizim.media

10Mənbələr