AZ

Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirildi

Vətəndaşların müraciətlərinin yerində və operativ həlli ilə əlaqədar olaraq Abşeron rayonunda növbəti səyyar qəbul-görüşlər keçirilib.

Musavat.com xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla, rayonun Görədil, Fatmayı, Perekeşkül, Aşağı Güzdək, Güzdək və Hökməli kəndlərində baş tutan səyyar qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak edib.

Səyyar qəbul və görüşlərdə RİH başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsindən, Rusiya sülhməramlılarının Qarabağ iqtisadi zonasından çıxmasının və Qazaxın 4 kəndinin geri qaytarılmasının əhəmiyyətindən danışaraq qeyd edib ki, qısa zaman keçməsinə baxmayaraq keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş torpaqlara qayıdır, soydaşlarımız uzun müddət həsrətində olduqları öz dədə-baba yurdlarına qovuşurlar. Azərbaycanın döyüş meydanında şanlı qələbə qazanmasına baxmayaraq sülh tərəfdarı olduğunu qeyd edən Abdin Fərzəliyev ordumuzun gücündən danışarkən bildirib ki, silahlı qüvvələrimiz bundan sonra da düşmənin törədə biləcəyi bütün hərbi təxribatların qarşısı vaxtında almağa və layiqincə cavablandırmağa qadirdir.

Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24014
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13403
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11034
Helikopter qəzası ilə bağlı yeni xəbər
6933
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5730
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5551
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4998
Rəisi öldü, Pakistanda matəm elan edildi
4913
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3920
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3747
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3629
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3509
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3078
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2993
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2769
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543