AZ

Göz ətrafı qaralma, diş əti qanaması... – Hansı vitamin çatışmazlığının əlamətləridir?

Dietoloq Rıdvan Arslan K vitamini çatışmazlığından danışıb.

Medicina.az xəbər verir ki, həkim bunun qanın laxtalanmasına ciddi təsir göstərə biləcəyini söyləyib.

“K vitamini qaraciyərdə bir sıra laxtalanma faktorlarının aktivləşdirilməsində iştirak edir. Bu amillər qanın laxtalanması və yaraların sağalmağa başlaması üçün vacibdir. K vitamini çatışmazlığı laxtalanma faktorlarının istehsalına və aktivləşməsinə mənfi təsir göstərir. Nəticədə, qanın laxtalanma prosesi zəifləyir və bədən yaralara daha az reaksiya verir”, - deyə Rıdvan Arslan bildirib.

Onun sözlərinə görə, K vitamini çatışmazlığının ən ciddi nəticələrindən biri qanaxmadır:

“Xüsusilə K vitamini çatışmazlığı olan körpələrdə ciddi qanaxma və qanın laxtalanmasının pozulması halı müşahidə edilir.

K vitamini çatışmazlığı dəridə asan göyərmələrə, dırnaqların altında laxtalanmalara, bədənin selikli qişasında qanaxmalara, tünd və qan tərkibli nəcislərə, diş ətlərinin qanamasına və göz altının qaralmasına səbəb olur”.

Bəs K vitamini çatışmazlığı ilə üzləşməmək üçün hansı tədbirləri görmək olar?

Həkim qeyd edib ki, K vitamininin çoxu bədənə xaricdən daxil edilməlidir. Bu səbəblə qidalanmağa xüsusi əhəmiyyət vermək vacibdir.

“K vitamini xüsusilə yaşıl bitkilərdə bol olur. Bunların arasında ispanaq, brokoli və kələm var. Bundan əlavə, lobya və pomidor da K vitamini ehtiva edir. K vitamini heyvan mənşəli qidalardan da əldə edilə bilər. Qırmızı və ağ ət, qaraciyər, yumurta və süd bu vitaminlə zəngindir. Qoz, fındıq və anakardiya kimi çərəzlər də orqanizmi bu vacib vitaminlə təmin edə bilər.

Əncir, üzüm, nar, kivi və böyürtkən kimi meyvələrlə də təhlükəli K vitamini çatışmazlığından qorunmaq olar”, - deyə Rıdvan Arslan vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44283
Abdullahianın cəsədi tapıldı - FOTO
32670
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27008
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24769
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20149
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17796
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15154
Helikopterin qalıqları tapılıb
11771
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8166
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8033
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6968
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6925
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5918
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5365
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4944
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965