AZ

Hakan Fidan misirli həmkarı ilə Qəzza zolağındakı vəziyyətdən danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda misirli həmkarı Samih Şukri ilə görüşüb.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüşdə Türkiyə-Misir münasibətləri ilə yanaşı, Qəzza zolağındakı vəziyyət də müzakirə olunub.

Hakan Fidan Qəzza zolağına humanitar yardımların çatdırılmasında Misirin rolunu qeyd edərək, ölkəyə minnətdarlığını bildirib.

Bundan başqa, Hakan Fidan bildirib ki, Qəzza zolağındakı münaqişə həll olunmayacağı təqdirdə bölgədə böhranların artmasına səbəb olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq