AZ

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 % artaraq 2 milyard 827,4 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 2 milyard 136,9 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,6 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 612,5 milyon manatı dövlət, 2 milyard 214,9 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

Üç ayda hər bir ölkə sakini orta hesabla 277,6 manatlıq və yaxud 1 il əvvələ nisbətən 20,2manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
13
Mənbələr
Şərh ()
Bağla