AZ

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir

Aprelin 20-də Bakıda l Türk Dövlətləri Kardioloji Qurultayı işə başlayıb.Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən keçirilən Birinci Türk Dövlətləri Kardioloji Qurultayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər ölkələrin kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin rəhbər və nümayəndələri iştirak edirlər.I Türk Dövlətləri Kardioloji Qurultayının rəsmi açılışında çıxış edən Səhiyyə Naziri Teymur Musayev qeyd edib ki, ortaq tarix, dil, kimlik və mədəniyyət üzərində qurulan Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə rəhbərlərinin uzaqgörən siyasətinin, qarşılıqlı inam və etimadının nəticəsidir."Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan I Türk Dövlətləri Kardioloji Qurultayı tibb icmaları arasındakı münasibətlərin yeni mərhələyə keçdiyinin və Təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir".Onun sözlərinə görə, qurultay burada təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır.T.Musayev I Türk Dövlətləri Kardioloji Qurultayının ölkələrimizin tibb  icmaları arasındakı əlaqələrin dərinləşməsinə öz əvəzsiz töhfələrini verəcəyinə inandığını və Qurultayın təşkilinin ənənə halını almasını, hər il bir ölkənin tədbirə ev sahibliyi etməsini təklif edib.Səhiyyə Naziri çıxışında bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatı birgə fəaliyyətimizin gələcək istiqamətləri kimi düşünülə bilər.Mina Mikayılova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
bakivaxti.az

3Mənbələr