AZ

Bakıdakı Dünya kubokunun ikinci gününə start

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kuboku davamedir.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Milli Gimnastika Arenasında 42 ölkənintəmsilçiləri mübarizə aparır.

Fərdi yarışlarda 55 gimnast çıxış edir. Qrup hərəkətlərində isə11 komanda mübarizəyə qatılıb.

Dünya kubokunun ikinci günü fərdi yarışlarda başlayacaq. Onlargürzlər və lentlə bacarıqlarını nümayiş etdirəcəklər. Gimnastlarhəm bu iki növdə, həm də çoxnovçülükdə finala vəsiqələrinsahiblərini müəyyənləşdirəcəklər. Azərbaycan gimnastları ZöhrəAğamirova və Kamilə Seyidzadə də öz kompozisiyalarını nümayişetdirəcəklər.

Axşam sessiyasında 11 qrup mübarizə aparacaq. Zeynəb Hümmətova,Güllü Ağalarzadə, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinavə Ləman Əlimuradovadan ibarət Azərbaycan komandası çoxnövçülükdəüç lent və 2 topla çıxış edəcək.

Günə mükafatlandırma mərasimi ilə yekun vurulacaq. Fərdiyarışlar və qrup hərəkətlərinin ən yaxşılarımükafatlandırılacaqlar.

Qeyd edək ki, ilk yarış günündə gimnastımız Zöhrə Ağamirovahalqa, komandamız isə 5 halqa ilə hərəkətdə finala yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla