AZ

“Əsrin qayınanası”, sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür - Foto, Video

Aprelin 20-si Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın doğum günüdür...Azərbaycan teatrsevərləri arasında “qayınana” kimi sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 1916-cı ildə Bakıda doğulub.Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən “Katarina” (“Şıltaq qızın yumşalması”, Uilyam Şekspir), “Elvira” (“Don Juan”, Jan Batist Molyer), “Yelizaveta” (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.Aktrisa milli klassik operettalarımızın tamaşalarında “Gülpəri”, “Cahan xala”, “Sənəm” (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), “Mələk xanım” və “Kələk xanım” (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin, “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində “Fatmanisə” (“Ögey ana”), “Telli” (“Böyük dayaq”), “Züleyxa” (“Ulduz”), “Cənnət xala” (“Qayınana”), “Gülsüm” (“Molla Fətəlinin sərgüzəşti”), “Əsli xala” (“Bəyin oğurlanması”) rolları daha şöhrətlidir.1978-ci ildə çəkilən “Qayınana” filmində yaratdığı “Cənnət” obrazı Nəsibə xanımın yaradıcılığında sanki bir möhür olur. O filmdən sonra onu hətta “XX əsrin qayınanası” adlandırırlar.Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1967-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı “Qızbacı” roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23529
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13042
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9932
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5668
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5502
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Helikopter qəzası ilə bağlı yeni xəbər
4547
Rəisi öldü, Pakistanda matəm elan edildi
4061
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3689
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3636
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3416
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3334
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3028
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2732
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
2682
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2631
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2503