AZ

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Maldiv Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə paytaxt Male şəhərinə səfərə yola düşüb.
MSK Katibliyinin Media və kommu­nikasiya şöbəsindən bildiriblər ki, nü­mayəndə heyətinin seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirakı Maldiv Respublikası Seçki Komissiyası sədrinin dəvətinə əsasən reallaşdırılır.
Səfər zamanı Mərkəzi Seçki Ko­missiyasının nümayəndələri parlament seçkilərinə hazırlıqlarla tanış olacaq və səsvermə məntəqələrində seçki günü prosedurlarını müşahidə edəcəklər.
Səfər çərçivəsində sədr Məzahir Pə­nahovun Maldiv Respublikası Seçki Ko­missiyasının sədri Fuvad Tovfeek, habelə seçkilərin müşahidəsinə qatılan təşkilat­ların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçir­məsi, qurumlararası əməkdaşlıq imkan­ları, əlaqələrin dərinləşdirilməsinin inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı müzakirələr apar­ması da nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
21
xalqqazeti.az

10Mənbələr