AZ

Atıcılarımız Olimpiya Təsnifat Çempionatında iştirak edəcək

Azərbaycan atıcıları Qətərin paytaxtı Dohada keçiriləcək Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər. 

Bizim.Media Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, səngər stendi (trap) komandasının üzvləri Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev yarışda qüvvələrini sınayacaqlar.

Ötən gün startı verilən stend atıcılığı üzrə Olimpiya Təsnifat Çempionatı aprelin 29-dək davam edəcək.

Bizim.Media
 

Seçilən
60
4
Mənbələr
Şərh ()
Bağla