AZ

“Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəldi -

Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.Metbuat.az-ın məlumatına görə, turun açılış oyunu Tovuzda keçirilib.“Turan Tovuz” doğma azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib. Birinci hissə qonaqların üstünlüyü şəraitində keçib. “Gənclik şəhəri” təmsilçisi ardıcıl qollar sayəsində 2 top fərqi ilə önə keçib. Əvvəlcə 15-ci dəqiqədə Şəhriyar Əliyev avtoqol müəllifi olub. 22-ci dəqiqədə isə Erik Sorqa adını tabloya yazdırıb.Qərb təmsilçisi fasilədən dərhal sonra fərqi minimuma endirib. Otto Con 52-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirib. Lakin tovuzluların bundan artığına gücləri çatmayıb. Əvəzində qonaqlar 88-ci dəqiqədə üçüncü dəfə rəqibi mərkəzə dəvət ediblər: Səbuhi Abdullazadə fərqlənib. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə Cordan Rezabala qoyub.Beləliklə, 4:1 hesablı qələbə qazanan “Sumqayıt” xallarının sayını 47-yə yüksəldib. “Turan Tovuz” isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 20-21-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
7
Mənbələr
Şərh ()
Bağla