AZ

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

Bakı. Trend:

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Trend xəbər verir ki, bubarədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləriverilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19)daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədinnömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahannəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrəümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel)vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsindəgöstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılmasıprosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər markeryoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinətəsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən)yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlamaprosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi,işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadanəvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding"(markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan vəkalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinintətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfigöndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməlolunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatıDövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 46741 nəfərdən 485nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğuüçün 5 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 6 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ənyüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-dəApellyasiya Komissiyası fəaliyyət göstərəcək. ApellyasiyaKomissiyasına müraciət etmək istəyənlər 30 aprel və 1, 2 maytarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçəbilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlərsonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsiseçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarınhansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektronərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbuledilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesiaşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunanbütün işlər araşdırılır;
  • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi(yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefonnömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms”göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytındaərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola vəekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuşcavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kiminəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualdaiki dairənin qaralanması və s.) bağlı müraciətlərəbaxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlərDİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öznəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tiplitapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötənimtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizəyazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib vəya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasınımüqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərəbaxılmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
49
az.trend.az

10Mənbələr