AZ

Ərdoğan: İsrail və İran fərqli şeylər deyir

İsrail və İran fərqli şeylər deyir.

AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həm Tehran, həm də Təl-Əviv müxtəlif mövqelər ortaya qoyurlar: \"ABŞ-nin çoxsaylı açıqlamaları göstərir ki, bu dövlət İsrailin yanındadır. Hər kəs Fələstinin, ABŞ isə İsrailin yanındadır. Onsuz da fərqli davranış gözləmirdik”.

Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə intensiv raket zərbələri endirib.

İsrail isə ötən gecə İrandakı bir sıra obyektlərə hücum təşkil edib.
Seçilən
23
6
Mənbələr
Şərh ()
Bağla