AZ

Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırıb

Avstraliya hökuməti terror hücumları təhlükəsini əsas gətirərək, öz vətəndaşlarını imkan daxilində İsraili tərk etməyə çağırıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya XİN məlumat yayıb.

Məlumata görə, İranın İsrailə PUA və raketlərlə hücumu, daha sonra isə İsrailin İsfahandakı hərbi bazanı hədəfə alması mülki şəxslərin həyatına olan təhlükənin səviyyəsini artırıb.

Qeyd edilib ki, hərbi hücumlar hava məkanının bağlanmasına, uçuşların ləğv edilməsinə, təxribatlara səbəb ola bilər.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
13
Mənbələr
Şərh ()
Bağla