AZ

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

Aprelin 15 və 16-da Tbilisidə keçirilən etiraz aksiyaları zamanı etirazçılarla hüquq mühafizə orqanları əməkdaşları arasında yaranan qarşıdurmada beş polis əməkdaşı yaralanıb.

SİA xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdəki çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, etirazçıların zorakı hərəkətləri nəticəsində 5 polis əməkdaşı xəsarət alıb, onlardan ikisi ağır bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilib.

Ümumilikdə i 40 nəfər aksiya iştirakçısı inzibati qaydada saxlanılıb. Onların böyük əksəriyyəti artıq sərbəst buraxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla