AZ

Siz sakinlərin sevincini təsəvvür edirsinizmi... - Azad edilən kəndlərin icra nümayəndəsi 

Qazax rayonun Ermənistanın işğalı altında olan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

 

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

 

Həmçinin qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

 

Şübhəsiz ki, Qazaxın kəndlərinin qaytarılması Azərbaycan diplomatiyasının növbəti qələbəsi və Prezident İlham Əliyevin ardıcıl siyasətinin təntənəsidir. 

 

Modern.az tarixi hadisə ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısının Aşağı Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Vəliyevlə əlaqə saxlayıb.

 

O qeyd edib ki, kənd sakinləri bu xəbəri çox sevinclə qarşılayıb.

 

“Xəbər çıxandan kəndin sakinləri mənimlə əlaqə saxlayırlar. Əlbəttə hamımız bu xəbəri çox sevinclə qarşıladıq. Kəndimizin sakinlərin çox hissəsi Qazax şəhərində məskunlaşıb. Bir hissəsi isə dövlət tərəfindən Qazaxbəyli kəndində salınan yeni qəsəbədə məşkunlaşıb. Kəndin nümayəndəliyi indi Qazax rayonunda fəaliyyət göstərir”, - icra nümayəndəsi deyib.

 

47 yaşlı icra nümayəndəsi vurğulayıb ki, kənd işğal olunanda o, hələ 15 yaşında olub.

 

“O hadisələri dəhşətlə yaxşı xatirlayıram. Ermənilər bu proseslərə 1988-ci ildən başladılar. 1990-ci ildə bizim qonşu kəndi Bağanıs Ayrım kəndini yandırdılar. Sonra onlar oradan çıxdılar. 1992-ci ilin mart ayının 11-dən 12-sinə keçən gecə kənddə atışma oldu. Uşaqlar qadınlar kənddən çıxarıldı. Gəldik rayonun özünə… Ermənilər kəndə basqın etdilər. Daha sonra iyun ayının 14-də yenidən hücüma keçdilər. Bizim silahlarımız yox idi. Tankla hücuma keçdilər. Bir gündə kəndə bəlkə də 200-ə yaxın top düşürdü. Kəndimizdə 15 nəfərdən çox insan şəhid oldu. Yaralananlar da çox idi”.

 

İcra nümayəndəsinin sözlərinə görə, o vaxtı kəndin əhalisinin sayı 1096 idi, indi isə 1515-dir:

 

“Bizim hər zaman ümidimiz var idi ki, kəndə qayıdacağıq. Qonşu kəndlərdən gedib kəndimizə baxırdıq. Oranı tamamən dağıdıblar. Bizim evimiz traktorla uçurdublar.


Bizə bu xoşbəxtliyi yaşatdığına görə Cənab Prezidentimizə sonsuz minnətdarıq. Prezidentimizin rəhbərliyi ilə hələ Azərbaycan çox böyük uğurlara imza atacaq. Biz artıq xoşbəxt xalqıq. Siz bu dörd kənd sakinlərinin necə sevinindiklərini təsəvvür edirsinizmi”.

Seçilən
185
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3625
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3497
Bu yol qovşağında təmir işləri aparılacaq
2985
Bakıda hoteldə yanğın başlayıb
2564
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1637
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1549
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1481
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1369
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1191
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1191
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1185
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1009
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
995
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
903
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
882
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
872
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
837
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
814
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
794
Sabah 5 kəndin qazı kəsiləcək
754