AZ

Arvadına 22 bıçaq zərbəsi vuran kişi həbsdə öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkdə təqsirli bilinərək həbs olunub.

Həyat yoldaşı ilə istirahətə gedən Q.Şahməmmədov oradan qayıtdıqdan sonra onu 22 bıçaq zərbəsi ilə qətlə yetirib.

Seçilən
125
50
Mənbələr
Şərh ()
Bağla