AZ

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondu yarandığı gündən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladların xatirəsini əbədiləşdirmək, onların ömür və döyüş yolunu yaşatmaq, gələcək nəsillərə ötürmək üçün məlumatları sistemli şəkildə toplayır.

MEK-dən 525.az-a bildirilib ki, kitabxananın fondunda bu günə kimi 2016-cı ilin Aprel döyüşlərində 89, 2020-ci ilin Tovuz döyüşlərində 12, 2020-ci ilin Vətən müharibəsində 3 minə yaxın şəhid və 100-ə yaxın qazi, 2021-ci ilin Qaraheybət helikopter qəzasında 14, 2022-ci il sentyabrın 12-14-də Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş hərbi münaqişədə şəhid olan 80 nəfərin həyat və fəaliyyətini əks etdirən məlumatlar, videomateriallar, fotoşəkillər toplanaraq sənədləşdirilib. O cümlədən, Birinci Qarabağ müharibəsində həlak olan 220 Milli Qəhrəmanın döyüş və həyat yolu ilə bağlı məlumatlar hazırlanıb.

Fondda Ulu öndər Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, şəhidlərin müəllifi olduqları və oxuduqları kitablardan ibarət guşələr mövcuddur.

Bundan əlavə, Qarabağın tarixi, siyasəti, mədəniyyəti, etnoqrafiyası və iqtisadiyyatını əks etdirən 1500-dən artıq kitab, qəzet, jurnal, məqalə və digər materiallar fondda mühafizə olunur və bu istiqamətdə işlər davam etdirilir.

Sevinc Qarayeva 






















Bizi İnstagramda izləyin

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21753
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19449
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18319
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17785
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17227
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17095
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16215
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15632
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12159
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11308
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9753
"Zaur, yenə çaşdın..." - VİDEO
8896
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8676
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8075
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7651
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7263
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6468
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5819