AZ

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı ilkin etirazlara dair ictimai dinləmələr aprelin 19-da başa çatıb.

AZƏRTAC məhkəmənin saytına istinadla xəbər verir ki, aprelin 15-də başlayan dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan nümayəndə heyətinə isə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğiş Kirakosyan rəhbərlik ediblər.

Seçilən
71
11
Mənbələr
Şərh ()
Bağla