AZ

Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?

“Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov öz sosial hesabında paylaşıb.

O qeyd edib ki, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon manat olub:

“ Bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb. Statistika göstərir ki, vətəndaşlarımız öz pullarının yarıdan çoxunu ərzaq məhsullarının alınmasına yönəldir. Xərclənən 100 manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur.

Seçilən
15
8
Mənbələr
Şərh ()
Bağla