AZ

Xəzərdə yaradılacaq süni torpaqlarda tikinti işlərinə icazə veriləcək

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaqsahəsində tikinti fəaliyyəti bu qanunda müəyyən edilmişxüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Şəhərsalmavə Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyatakeçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu günkeçirilən iclasında müzakirə olunan “Xəzər dənizinin (gölünün)Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaqsahələrinin yaradılması haqqında” qanun layihəsində əksinitapıb.

Layihədə qeyd olunub ki, süni torpaq sahəsinin yaradılması iləbağlı verilən tikintiyə icazədə, həmçinin, həmin torpaq sahəsindətikinti obyektlərinin inşası və qurulması da nəzərdətutulmalıdır.

Süni torpaq sahəsində tikinti niyyətinin həyata keçirilməsi iləbağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsininməqsədləri üçün tikinti layihəsinin bu qanunda nəzərdə tutulan sünitorpaq sahəsinin baş planına uyğunluğu yoxlanılır.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla