AZ

Çin "WhatsApp" və "Threads"ə məhdudiyyət tətbiq etdi

Çin WhatsApp və Threads-ə daxil olmağı daha da çətinləşdirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, \"Apple\" hökumətin əmrindən sonra WhatsApp və Threads-i Çin proqram mağazasından silib.

Mövzu ilə bağlı Apple sözçüsü tərəfindən edilən açıqlamada \"Razı olmasaq belə, fəaliyyət göstərdiyimiz ölkələrin qanunlarına riayət etməliyik\" ifadəsi işlədilib.

Xatırladaq ki, Çin hökuməti WhatsApp-ı 2017-ci ildən bloklayıb, onun ana şirkəti Meta da 2009-cu ildən bloklanıb. Gmail, YouTube, Snapchat və Spotify kimi digər Qərb media platformaları da Çində senzuraya məruz qalır. Bəzi istifadəçilər bu platformalara şəxsi şəbəkələr vasitəsilə daxil olmağın yollarını tapırlar, lakin onların proqram mağazasından çıxarılması indi bunun qarşısını ala bilər.

Apple üçün Çin mühüm istehsal və istehlak bazarıdır. Yanvar ayında Çin çip istehsalçıları yerli smartfon istehsalçılarını prosessorlarla təmin etmək üçün çip istehsal xətləri yaratmaq planlarını ortaya qoyublar.

Çinin Apple-ı hədəfə alması ABŞ-nin TikTok-u qadağan etməyi müzakirə etdiyi bir vaxta təsadüf edir. Qanun layihəsi Apple və Google-a TikTok tətbiqini tətbiq mağazalarında yaymağı qadağan edəcək və ABŞ veb-saytlarına TikTok-u yerləşdirməyi qadağan edəcək.
 
Mikayıl
Seçilən
53
4
Mənbələr
Şərh ()
Bağla