AZ

Zahid Oruc: “Bununla da, Birinci Pyotrun 300 illik qərarı geri oxundu”

Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir.

Ölkə.Az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 10 noyabrda Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar qələbəmizi ləkələmək üçün “erməni işğalını rus ordusu əvəzlədi” adlı qlobal kampaniyaya başladılar. Ukrayna ilə müharibədən sonra dünyada demonlaşdırılan bir dövlətin Xankəndindəki missiyasını ləkələyən NATO dövlətləri-azərbaycanlı və rus əsgərlərini toqquşdurmaq istəyirdilər. 

Əlavə edib ki, “Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə”, deyən şərçilər indi də 17 aprel qərarını “Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri” ilə bağlayırlar. “Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedir. Baxın riyakarlığa, bu mənfur tezisləri yayanların yalnız bir məqsədi var - İlham Əliyevin ardıcıl, parlaq və xalqımızı qırğınlara verməyən, məğlubiyyət ənənələrinə son qoyan milli qələbələrini etiraf etməsinlər. 

Dövlət başçımızın strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi, 20 sentayabrda  bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, birinci Pyotrun 300 illik qərarı geri oxundu, o cümlədən, sülhməramlılar müstəqllliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və Amerikanın regionda yerləşməsinə qarşı qüvvə oldu”, - o qeyd edib.

Deputat əlavə edib ki, Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən, bir Qafqaz ölkəsindən sülh, diplomatik razılaşma ilə, qansız-qadasız çıxmasından məyus olublar:

“Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular, Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı! İndi tarixdə ilk dəfədir, ermənilər üçün canını verməyən 1960 nəfər rus hərbçisi azərbaycanlılarla deyil, Qərblə döyüşməyə gedir. Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq!”

Mürtəza
Ölkə.Az

Seçilən
102
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22098
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19510
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18382
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17846
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17439
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17320
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16293
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15705
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12206
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10056
"Zaur, yenə çaşdın..." - VİDEO
8922
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8849
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8111
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7703
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7369
Minimum əmək haqqı nə qədər arta bilər?
7147
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6545
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5865