AZ

Çinli hakerlər ABŞ infrastrukturuna hücum edəcəkləri anı gözləyirlər - FTB

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Ray bildirib ki, Çinlə əlaqəli hakerlər ölkəsinin kritik infrastrukturuna hücum etmək üçün əmr gözləyirlər. Bizimyol.info xəbər verir ki, “New York Post” qəzetinin məlumatına görə, ABŞ-ın Vanderbilt Universitetində keçirilən proqramda FTB direktoru Ray çıxış edib. Ray, Çinlə əlaqəli hakerlərin həyəcan vəziyyətində olduqlarını və ABŞ-ın su təmizləyici qurğular, elektrik xətləri, nəqliyyat və informasiya texnologiyaları kimi kritik infrastrukturlarına hücum etmək üçün doğru anı gözlədiklərini bildirib. FTB və digər federal səlahiyyətlilərin pərdə arxasında bu təhlükəyə qarşı durmağa çalışdığını ifadə edən Ray, Çinin mülki infrastruktura hücum edərək çaxnaşma yaratmaq və insanların iradəsini qırmaq istədiyini qeyd edib. Çinin ABŞ sənayesindən əqli mülkiyyət, texnologiya və araşdırmaları "oğurlamaq" üçün aqressiv şəkildə çalışdığını iddia edən Ray, bu təhlükənin artıq qapıda olduğunu bildirib. O, yanvarın 31-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri qarşısında çıxışında da oxşar xəbərdarlıq edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
bizimyol.info

2Mənbələr